METBUAT.AZ

İdman

Terim gəldi, "Panatinaikos" çoşdu -

8 Yanvar 2024 16:02

Yunanıstan Liqasının 17-ci həftə matçında Fatih Terimin komandası "Panatinaikos" öz meydanında "Panetolikos"u 2:1 hesabı ilə məğlub edərək liderliyə yüksəlib.

Metbuat.az xəbər verir ki, Meydan sahiblərinə qələbə qazandıran qolları Andraz Sporar vurub. Qonaq “Panetolikos”un qolunu isə Levan Şengelia qeyd edib. Beləliklə, Fatih Terim "Panatinaikos"la ikinci matçında ikinci qələbəsini qazanıb. Bu həftəyə lider kimi daxil olan “PAOK”un səfərdə “Aris”ə 1:2, “Olimpiakos”un isə öz meydanında “AEK”ə 1:2 hesabı ilə uduzması zirvə yarışında dəyişikliyə səbəb olub.


metbuat.az.