METBUAT.AZ

Sosial

Tez-tez baş verən yanğınların səbəbi nədir?

18 Yanvar 2024 15:15

"Müəssisələrdə yanğın təhlükəsizliyi qaydalarının təşkili, təmin olunması və təmin olunan qaydalara riayət olunması bilavasitə müəssisə rəhbərliyinin öhdəliyidir. Yəni müəssisə- lərdə yanğın təhlükəsinə nəzarət müəssisə rəhbərliyindədir. Ona görə də məsuliyyəti müəssisə rəhbərləri daşıyır"-bu fikirləri Ekspert Orxan Musayev son günlər ard-arda baş verən yanğın hadisələrindən Metbuat.az-a danışarkən bilirib.

Hadisələrin baş verməsinə səbəb əksər hallarda qaydalara biganəlik, insanların səhlənkarlığı və bir çox hallarda isə məlumatsızlığın səbəb olmasını deyən ekspert qeyd edib ki, . əksər insanlıar qaydaları bilmədiklərinə görə, bu cür bədbəxt hadisələrlə üzləşirlər.

"Bir çox hallarda isə ümumiyyətlə müəssisədə yanğın təhlükəsizliyi qaydaları əsasında heç bir iş görülmədiyinə görə, yanğın hadisəsi baş verir. Və baş verən yanğın hadisəsinin qarşısını almaq mümkün olmur. Çünki, hec bir tədbir görülmür. Ona görə də yanğın təhlükəsizliyi ilə bağlı öncədən tədbir görülməlidir. Müəssisədə insanların sağlam və təhlükəsiz şəkildə köçürülməsi üçün köçürülmə planları hazırlanmalıdır. İnsanlar işə qəbul edilərkən praktiki nəzəri tədbirlərdən keçirilməlidirlər. Müəssisədə könüllü yanğın söndürmü qrupları yaradılmalıdır. Bu işlər əvvəlcədən qurulmalıdır".

Orxan Musayev onu da bildirib ki, müəssilərdə yanğın söndürmə vasitələrinin saz vəziyyətdə saxlanılmasına nəzarət olunmalıdır. Yanğın siqnalizasiya sistemləri aktiv olmalıdır . İlkin yangin söndürmə alətləri balonlar işlək vəziyyətdə olmalıdır. Obyektin həcminə görə müvafiq qanunvericilikdə göstərilən sayla yerləşdirilməlidir.

"Bəzi hallarda yanğın baş verir, ilkin yanğın söndürmək vasitələrindən istifadə etmək mümkün olmur. Əsasəndə səhiyyyə müəssisələrində od söndürün balonlar hündür bir yerdə asılıb və zəncirlənib. Amma qaydaların tələblərinə görə ilkin yanğın söndürmə vasitələri yəni, od söndürən balonlar 1.2-1.5 m məsafə arasında asılmalıdır ki, hər kəsə əlçatan olsun".

Bundan əlavə Orxan Musayev onu da vurğulayıb ki, ildə 1 dəfə Dövlət Yanğın Nəzarəti xidməti tərəfindən aparılan yoxlamalar çox ciddi şəkildə aparılmalı,müəssisələrə heç bir güzəşt tətbiq olunmamalıdır. Çünki hər hansısa tətbiq olunan güzəşt insan sağlamlığını təhlükə altına atır.

"Maarifləndirmə işlərinin aparılmasına çox ciddi ehtiyac var. Televiziya kanallarında, KİV-dəvasitələrinda, reklam lövhələrində , metrolarda, avtobuslarda, mütləq qaydalarla bağlı məlumatlar verilməlidir. Bütün hallarda yanğın baş verdikdə əsas məsələ yanğının ilkin mərhələsində yanğına müdaxilə etməkdir ki, bu olduqda və düzgün həyata keçirildikdə yanğın hadisələrinin qarşısını artıq ilkin mərhələdə almaq mümkündür"


metbuat.az.