METBUAT.AZ

Dünya

Tramp ittiham edildi:

27 Yanvar 2024 10:51

ABŞ-nin keçmiş prezidenti Donald Tramp 83 milyon dollar təzminat ödəyəcək.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-Yorkda “E. Jean Carroll” adlı qadına qarşı zorlama və təhqir işi üzrə məhkəmə prosesi nəhayət yekunlaşıb. Münsiflər heyəti keçmiş ABŞ prezidentinin qadının reputasiyasına vurduğu ziyanı əsas gətirərək Trampı ümumilikdə 83,3 milyon dollar təzminat ödəməyə məhkum ediblər.

Bu qərardan sonra Tramp sosial media platforması “Truth Social”dakı hesabında "Tam cəfəngiyyatdır. Bu qərarla heç bir şəkildə razılaşmıram. Bura Amerika deyil" deyə şərh paylaşıb.


metbuat.az.