23 Yanvar 2024 17:02
Qazaxınstana məxsus elektron ticarət şəbəkəsi "Kaspi.kz"in səhmdarları ötən həftə ABŞ-də keçirilən IPO (səhmlərin xalqa ərzi) zamanı 1 milyard dollar əldə ediblər.
Metbuat.az bildirir ki, Bir neçə gün əvvəl şirkətin hər bir səhm üçün 92 dollar olan 11,3 milyon depozitar səhmi (ADS) satılıb
Səhmləri birjaya çıxan şirkətin əsassəhmdarları Vyaçeslav Kim (25% səhm), Mixail Lomtadze (23%) və Asia Equity Partners Limited (28%) idi. Qazaxıstanın "Kaspi.kz" şirkətin səhmlərinin NASDAY-da İPO-su yükək səviyyədə təşkil edilib. Yerləşdirmənin təşkilatçıları Morgan Stanley, JPMorgan və Citigroup olub.
İndiyədək "Kaspi" şirkətinin səhmləri Qazaxıstanda və London Fond Birjasında alınıb-satılırdı. Şirkətin səhmləri Qazaxıstan Fond Birjasında (KASE) və Astana Beynəlxalq Birjasında (AIX) listinqdədir. 2023-cü ilin aprelində isə məlum olub ki, şirkət öz səhmlərini ABŞ birjalarında da satışa buraxmaq istəyir. 2022-ci ilin dekabrında Kaspi şirkəti ABŞ-da IPO üçün ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) müraciət edib və sonrakı proseslər ötən həftə İPO ilə nəticələnib.
Qeyd edək ki, sözügedən şirkət Azərbaycanda da fəaliyyət göstərir. Bu şirkət Azərbaycanın üç populyar elan saytının - Turbo.az (avtomobil elanları), Tap.az (yeni və işlənmiş əşyalar elanları) və Bina.az (daşınmaz əmlak elanları) sahibidir. Şirkət bu 3 saytı əvvəlki sahiblərindən 2019-cu ildə alıb.