25 Yanvar 2024 23:19
Türkiyə rəsmi olaraq İsveçin NATO-ya üzvlüyünə razılıq verib.
Metbuat.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Millət Məclisinin İsveçin NATO-ya üzvlüyü barədə sənədini imzalayıb. Qanun “Rəsmi Qəzet”də dərc edilərək qüvvəyə minib.
Qeyd edək ki, Macarıstanın razılığından sonra İsveçin NATO-ya üzv olması üçün siyasi maneə qalmayacaq.