10 Yanvar 2024 00:33
Türkiyənin Kahramanmaraş vilayətinin Nurhak rayonunda 4,1 bal gücündə zəlzələ baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, Kahramanmaraşın Nurhak rayonunda yerli saatla 22.20-də baş verib.
Məlumatda qeyd olunub ki, zəlzələ 4,1 bal gücündə qeydə alınıb, 6,97 kilometr dərinlikdə baş verib.