METBUAT.AZ

İdman

Ülvü Qənizadə qızıl medal qazandı -

15 Yanvar 2024 00:37

Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri başa çatıb.

Metbuat.az xəbər verir ki, son gündə Azərbaycanın 6 yunan-Roma güləşçisi xalça üzərinə çıxıb.

Axırıncı gündə Ülvü Qənizadə (72 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, ardıcıl 4 rəqibinə qalib gələrək, qızıl medal qazanıb.

Digər güləşçilərimiz Nihat Məmmədli (60 kq), Murad Əhmədiyev, Murat Lokyayev (hər ikisi 97 kq), Beka Kandelaki və Sabah Şəriəti (hər ikisi 130 kq) uğursuz çıxış ediblər.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) qızıl medal əldə edib. Sərbəst güləşçilərdən Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq), həmçinin qadın güləşçi Alyona Kolesnik (59 kq) bürünc mükafata yiyələniblər.


metbuat.az.