METBUAT.AZ

Texnologiya

Vatsapdan istifadəçilərini sevindirəcək

10 Yanvar 2024 00:45

Mesajlaşma proqramı Vatsap növbəti funksiyasını təqdim edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Yaxın gələcəkdə istifadəçilər messencerdə fon silmədən yararlanaraq stikerlər hazırlaya və redaktə edə biləcəklər. Bunun üçün tətbiqdə xüsusi alət də yer alacaq. Yeniliklə istifadəçilər mövcud şəkilləri redaktə etmək imkanı da əldə edəcəklər.

Hazırda funksiya bəzi beta testçiləri üçün əlçatandır. Yaxın gələcəkdə yeniliyin geniş istifadəçilər üçün əlçatan olacağı gözlənilir.


metbuat.az.