26 Yanvar 2024 13:07
Xəbər verdiyimiz kimi ATV telekanalında yayımlanan "Bizimləsən" proqramı yarımçıq dayandırılıb.
Metbuat.az xəbər verir ki, buna aparıcı Zaur Baxşəliyevin özünü pis hiss etməsi səbəb olub. Aparıcı məsələ barədə açıqlama verib. O bildirib ki, özünü pis hiss etdiyi üçün veriliş yarımçıq dayandırılıb. Zaur bu gün yenidən efirdə olacağını ifadə edib.