17 Yanvar 2024 23:28
Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımovanın 1.4 milyon izləyici sayı olan İnstaqram hesabı bilinməyən şəxs və ya şəxslər tərəfindən ələ keçirilib.
Metbuat.az xəbər verir ki, sözügedən xaker paylaşım edərək hesabı qaytarmaq üçün pul tələb edib.
Paylaşımı təqdim edirik:
"Aygün Kazımova bunu oxuyursansa, 10.000 € bitkoin üçün mənə Telegramda yazın və hesabınızı geri alacaqsınız. Mənə güvənməsəniz, ruslara sataram".