METBUAT.AZ

Ölkə

"Xaliq Faiqoğlu"nun sürücüsü “drift” etdi -

14 Yanvar 2024 22:55

Bakıda sərnişin avtobusunun “drift” etməsi gündəm olub.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Görüntülərdə “ISUZU” markalı sərnişin avtobusunun sürücüsünün dayanacaqda təhlükəli manevrlar etdiyi əks olunub. Məsələ ilə bağlı “Xaliq Faiqoğlu” şirkəti açıqlama yayıb.

Bildirilib ki, yanvarın 13-də hava şəraiti və yollardakı mövcud vəziyyətlə bağlı şirkətə məxsus avtobus parklarında sürücülərin təlimatlandırılması tədbirləri həyata keçirilib:

“Keçirilən təlimdən sonra qaraj (daxili) sürücülərindən biri marşrut avtobusu sürücülərinə nümayiş etdirilən manevr qaydalarını daha sərt formada həyata keçirərək lentə alıb və sosial şəbəkələrdə paylaşıb.

Baş vermiş hadisə tərəfimizdən araşdırılıb və vəzifə öhdəliklərini pozan əməkdaş məsuliyyətə cəlb edilib”.


metbuat.az.