METBUAT.AZ

Qarabağ

Xankəndidə silah-sursat

10 Yanvar 2024 10:03

Yanvarın 9-da Xankəndi şəhəri ərazisində 11 ədəd qumbara, 17 ədəd müxtəlif markalı avtomat silahı aşkarlanıb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bundan başqa, şəhərdə 2 ədəd tapança, 10 ədəd tüfəng, 12 ədəd alışdırıcı, 84 ədəd patron darağı, 2 ədəd patrondaş, 12 ədəd süngü-bıçaq, 6635 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.


metbuat.az.