METBUAT.AZ

Ölkə

Xarici banklarda saxlanılan 1,2 milyon dollar

26 Yanvar 2024 11:31

Məhkum olunmuş şəxsin xarici ölkə bankında saxlanılan 1 milyon 281 min ABŞ dollarının müsadirə edilməsi barədə Azərbaycan məhkəməsinin qərarı xarici ölkə məhkəməsi tərəfindən tanınıb.

Metbuat.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev bu gün keçirilən geniş kollegiya iclasında deyib.

”1 milyon 281 min ABŞ dollarının ölkəmizə qaytarılması təmin edilib”, - deyə qeyd olunub.


metbuat.az.