METBUAT.AZ

Qarabağ

Xocavənddə silah-sursat

10 Yanvar 2024 12:14

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər zamanı sursatlar aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Metbuat.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən 23 əl qumbarası, 19 ədəd müxtəlif çaplı mərmi, patronlar və digər sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.


metbuat.az.