METBUAT.AZ

Şou-Biznes

Xoşqədəm Doğuşun toy qonorarını

27 Yanvar 2024 14:05

"Danışacağım söhbət Doğuşun qatıldığı toy və tədbirlərdən aldığı qonorarın, yəni pulun miqdarından gedir. Bu gün hamının pula ehtiyacı var. Eləcə də bizim. Doğuş deyir ki, həyatı boyu ac qalaram, amma sənətimi ucuza satmaram".

Metbuat.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı müğənni həyat yoldaşı Doğuşla bağlı açıqlamasında deyib. Aparıcı "Günaydın, Azərbaycan" verilişində ifaçının toy qonorarından danışıb:

"Mən olsam, ucuz qiymətə də toylara gedərəm. Fikirləşirəm ki, o ruzidir, Allah onu mənə verib. Ruzini isə geri qaytarmaq olmaz. Bu gün 5 manat aşağı, sabah 10 manat yuxarı pul qazanaram. Amma Doğuş elə düşünmür. O deyir ki, küçələrdən əziyyətlə bu mərhələyə gəlib çatmışam. Ac olsam da, sənətimi heç zaman ucuza satmaram. Sənətimi bu dərəcədə ucuz qiymətləndirənlərin məclisinə gedib, oxumaram".


metbuat.az.