23 Yanvar 2024 14:57
Respublika Perinatal Mərkəzində baş verən yanğından sonra Kliniki Tibbi Mərkəzə (KTM) köçürülən uşaqlardan ikisinin dünyasını dəyişməsi ilə bağlı yayılan məlumat yanlışdır.
Bunu Metbuat.az-a Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətindən bildiriblər. Məlumatda bildirilir ki, bu barədə yayılan xəbər həqiqəti əks etdirmir, ötən gün və bu gün mərkəzdə heç bir uşaq ölümü qeydə alınmayıb.