5 Yanvar 2024 15:02
Tətil günlərinin sonralarında - yanvarın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, güclü şimal-qərb küləyi əsəcək:
"Küləyin maksimal sürəti 15-20, gecə və səhər isə yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-yə çatacaq. Gününün ikinci yarısından tədricən zəifləyəcək. 7-dən paytaxtda hava şəraiti əsasən yağmursuz olacaq.
Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu 9-13 dərəcəyədək isti olacaq.
Bölgələrdə də yanvarın 5-i gündüz qərb rayonlarından başalayaraq 6-sı səhərədək arabir yağıntılı olacaq. Dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə, xüsusən də Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi-Zəngəzur, Quba, Qusar zonalarında yağıntıların intensiv olacağı ehtimal olunur.
Yanvarın 6-sı səhər saatlarından yağıntılar kəsiləcək. 6-sı gündüz və 7-də əksər bölgələrdə yağmursuz hava şəraiti proqnozlaşdırılır. Qərb küləyi 6-sı gündüzədək 15-20, ayrı-ayrı yerlərdə isə arabir 30-32 m/s-dək güclənəcək. 6-sı gündüz və 7-də mülayim qərb küləyi əsəcək.