METBUAT.AZ

Dünya

Yaponiyada təyyarələr toqquşdu:

2 Yanvar 2024 19:03

“Japan Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin Haneda hava limanının uçuş-enmə zolağında Sahil Mühafizə Xidmətinə məxsus təyyarə ilə toqquşması nəticəsində azı 17 sərnişin xəsarət alıb.

Bu barədə NHK məlumat yayıb.

Bildirilib ki, yanğının söndürülməsi məqsədilə əraziyə 100-dən çox yanğınsöndürən maşın cəlb edilib. Qeyd olunub ki, qəzaya uğrayan Sahil Mühafizə Xidmətinə məxsus təyyarənin 6 ekipaj üzvündən 5-i həlak olub, hava gəmisinin kapitanı isə ağır xəsarət alsa da təyyarəni tərk edə bilib.

Məlumata görə, Sahil Mühafizə Xidmətinə məxsus təyyarə hadisə zamanı Niiqata prefekturasında zəlzələ qurbanlarına yardım üçün uçmalı idi.
Qəza səbəbilə Haneda hava limanında uçuşların çoxunun ləğv edildiyi bildirilir.


metbuat.az.