METBUAT.AZ

Dünya

Yaponiyada zəlzələ nəticəsində

2 Yanvar 2024 22:13

Yaponiyanın İşikava prefekturası sahillərində baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 50-yə çatıb.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, bu barədə regional hakimiyyət orqanları tərəfindən verilən məlumatda bildirilib.

Həmçinin, 100-dən çox insan yaralanıb, onlardan 17-si ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ölənlərin və xəsarət alanların əksəriyyəti İşikava prefekturasının sakinləridir. Orada zəlzələlərdən sonra baş verən yanğınlar 200-dən çox yaşayış binasını, 100-dən çox bina isə zəlzələ nəticəsində dağılıb.

Fəlakət zonasına göndərilmiş xilasedicilər, fövqəladə hallar xidmətinin əməkdaşları və ölkənin özünümüdafiə qüvvələrinin əsgərləri hadisə yerində işləri davam etdirirlər.

Qeyd edək ki, Yaponiyanın Meteorologiya Agentliyi yanvarın 1-də İşikava prefekturasının Noto yarımadası yaxınlığında, Yapon dənizində bir neçə yeraltı təkan qeydə alındığını, onlardan ən güclüsünün yerli vaxtla saat 16:10-da 7,6 bal gücündə olduğunu açıqlayıb.


metbuat.az.