METBUAT.AZ

Dünya

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı

8 Yanvar 2024 09:04

Yaponiyanın mərkəzi hissəsindəki İşikava prefekturası sahillərində yanvarın 1-də baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 161 nəfərə çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə regional hakimiyyət orqanları məlumat yayıb.

Son məlumatlara görə, təbii fəlakət nəticəsində ən azı 560 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Səlahiyyətli qurumlar 195 nəfərin hələ də itkin hesab olunduğunu bildirir.


metbuat.az.