19 Yanvar 2024 15:02
Bakıda yas mərasimində tavanın çökməsi nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
Metbuat.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildiriblər ki, yanvarın 19-da saat 12:45 radələrində paytaxtın Yasamal rayonu, M.Müşfiq küçəsində olan mərasim evində tavanın çökməsi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub:
"Hadisə yerinə dərhal təcili yardım briqadası cəlb olunub. Hadisə nəticəsində 1 nəfər (qadın cinsli) xəsarət alıb. 46 yaşlı zərərçəkən bel nahiyəsinin travması ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Hazırda xəstənin vəziyyəti orta ağırdır. Ona zəruri tibbi yardımın göstərilməsi davam etdirilir".
Seyranə Quliyeva / Metbuat.az