19 Yanvar 2024 14:39
Paytaxtın Yasamal rayonu, M.Müşfiq küçəsində olan mərasim evində tavanın çökməsi nəticəsində xəsarət alan şəxslərin kimliyi məlum olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, yanvarın 19-da saat 13 radələrində Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən mərasim evinin 2 mərtəbə arasındakı tavanının çökməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan, hüzür mərasimində iştirak edən 3 nəfər - 1949-cu il təvəllüdlü Mustafayeva Fatma Xamoy qızı, 1955-ci il təvəllüdlü Mirzəyeva Rahilə Xamoy qızı və 1958-ci il təvəllüdlü Rüstəmova Rəna Xamoy qızı ilkin tibbi yardım göstərilərək xəstəxanaya yerləşdirilib.
Hazırda hadisə yeri prokurorluq əməkdaşları tərəfindən müəyinə olunur. Fakt üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.