METBUAT.AZ

Ölkə

Yeni il qazimizə düşərli oldu:

1 Yanvar 2024 19:26

16 ildən sonra qazi ailəsində əkiz oğlan uşaqları dünyaya gəlib.

Baku TV xəbər verir ki, körpələr 2024-cü ilin ilk dəqiqələrində doğulublar.

“İlk körpə 00:01-də, ikincisi isə 00:03-də dünyaya gəlib”, - ginekoloq Yeganə Əliyeva qeyd edib.

Əkizlərin atası Cabbar Tağıyev sevincini Baku TV ilə bölüşüb.

“16 ildir, bu günü gözləyirdik. Həkimlərə təşəkkür edirəm”, - qazi söyləyib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:


metbuat.az.