METBUAT.AZ

İdman

Zədəsini sağaldan Ardaya sürpriz təklif -

7 Yanvar 2024 16:12

"Real Madrid"in türkiyəli ulduzu Arda Gülerə sürpriz transfer təklifi gəlib.

Metbuat.az xəbər verir ki, “Vilyareal” Ardanı icarəyə götürmək istəyir. “Sport”un “Fichajes”ə istinadən xəbərinə görə, Kique Setieni ardınca isə Pachetanı istefaya göndərən “Vilyareal” Marselinonu gətirsə də, klub uğurlu oyun sərgiləyə bilmir. “Vilyareal” uğurlu çıxış tapmaq üçün Arda Güleri icarəyə götürmək istəyir. Xəbərdə deyilir ki, baş məşqçi Marselino Qarsiya və klub Arda Gülerin transferinin aşağı sıralarda qərarlaşan “Villarreal”ın yenidən yüksəlməsinə səbəb olacağını hesab edir. Qeyd edək ki, ardıcıl zədələrdən sonra Arda Güler İspaniya kubokunun 1/16 finalında "Arandina" ilə oyunda iştirak edib.

Arda Güler “Real Madrid”lə müqavilə imzalanma mərasimində başqa komandaya icarəyə getmək istəmədiyini bildirmişdi.


metbuat.az.