METBUAT.AZ

İqtisadiyyat

Zərgərlik məmulatlarının istehsalı ilə bağlı vergi güzəşti

1 Yanvar 2024 18:21

Bu ildən Azərbaycanda zərgərlik məmulatlarının istehsalında istifadə olunan dəzgahların, avadanlıqların və qurğuların idxalı daha 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilib.

Metbuat.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Azərbaycanda qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq qurumun təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalına tətbiq edilən ƏDV-dən azadetmənin müddəti 2027-ci il yanvarın 1-nə kimi davam edəcək.

Bu güzəşt 2021-ci il yanvarın 1-dən 3 il müddətinə nəzərdə tutulmuşdur.

Ölkədə ƏDV dərəcəsi 18 % təşkil edir.


metbuat.az.