METBUAT.AZ

Ölkə

10-cu övladı dünyaya gəldi, adını İlham qoydu -

11 Fevral 2024 14:11

Evləri balaca olsada, sevincləri böyükdür.

Metbuat.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Abdullayevlər ailəsinin 10-cu uşağı dünyaya gəlib.

Salyan rayonunun Qaraçala qəsəbəsində yaşayan bu ailənin indi 6 qız, 4 oğul övladı var.

Ailə başçısı Əflan Abdullayev deyir ki, pulla xoşbəxtlik olmur. O, fərdi evlərdə ustalıq edir, qazandığı pulla ailəsini dolandır.

Uşaqların anası Gülşən Abdullayeva indiyə qədər 9 uşağa baxıb. Bundan sonra isə 10 uşağın qayğısına qalmalıdır.

Yeni doğulan uşağın çəkisinin və sağlamlığının normal olduğu bildirilir.

Həkimin sözlərinə görə, yeni doğulan körpənin vəziyyəti kafidir.

Daha ətraflı videoda:




metbuat.az.