9 Fevral 2024 14:45
Cəlilabad rayon Alar kənd sakini, 2010-cu il təvəllüdlü İbayev Yusif Bəhruz oğlu qızdırma əlamətləri ilə xəstəxanaya aparılsa da, vəfat edib.
İlkin məlumata görə, 14 yaşlı yeniyetmə qızılcanın yaratdığı fəsadların ağırlaşması səbəbindən həyatını itirib.
Məsələ ilə bağlı Metbuat.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Cəlilabad rayon Alar kənd sakini 2010-cu il təvəlüdlü şəxs yanvarın 24-də saat 22:15 radələrində dəqiqləşməmiş meninqoensefalit diaqnozu ilə Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının Neyroinfeksiya şöbəsinə daxil olub: "Xəstəyə zəruri tibbi yardımın göstərilməsi üçün xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, xəstə 06.02.2024-cü il tarixində vəfat edib”.
Seyranə Quliyeva / Metbuat.az