METBUAT.AZ

Gündəm

21 yaşlı Əsmər Nuriyeva ​ABŞ-də pilot oldu -

11 Fevral 2024 22:04

ABŞ-nin Florida əyalətinin Epik Flight Akademiyasının azərbaycanlı tələbəsi, 21 yaşlı Əsmər Nuriyeva bu ölkədə pilot kimi çalışacaq.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, Əsmər Nuriyeva bu işə qəbul üçün çətin imtahanları geridə qoyaraq ABŞ-ın ən böyük hava yolları şirkətlərindən biri olan “United Airline”a birinci kapitan pilot olaraq qəbul olunub.

Qeyd edək ki, Əsmər Nuriyeva Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndindəndir.


metbuat.az.