METBUAT.AZ

Şou-Biznes

61 yaşlı Mələkxanım Eyubova formada qalmasının sirrini açıqladı

28 Fevral 2024 20:12

Xalq artisti Mələkxanım Eyubova formada qalma sirrini bölüşüb.

Metbuat.az xəbər verir ki, muğam ifaçısı yoqa dərslərinə getdiyini bildirib.

"3 aya yaxındır ki, müraciət etmişəm. Səhnədə olan xanımlar hər zaman hündürdaban ayaqqabı, gərgin geyimlər geyinir. Bu da onurğaya təsir edir. Bu gərginliyi yoqa ilə aradan qaldırıram. Saatlarla ayaqüstə qalım, problemim aradan qalxır. Eyni zamanda idmanla, üzməklə məşğul oluram. Yoqa isə daha gözəl oldu" deyə, M.Eyubova əlavə edib.


metbuat.az.