1 Fevral 2024 11:39
Sumqayıt şəhər M. Müşfiq adına 34 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi Babayev Fərid Elnur oğlu.
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi
Sözügedən müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində təşkil olunur.
Həm ilkin mərhələdə, həm də final mərhələsində 100%-lik nəticə ilə qalib olub.
Ölkə daxilində müxtəlif olimpiadalarda 50-yə yaxın qələbəsi var. Həmçinin ABŞ Riyaziyyat Olimpiadasında da qızıl medal qazanıb və bu uğuruna görə Sinqapurda keçiriləcək olimpiadaya dəvət alıb. Bu yarış yayda keçiriləcək və maddi imkan olsa, Fərid ölkəmizi bu yarışda da təmsil edəcək.