METBUAT.AZ

Dünya

ABŞ neft nəhəngləri hasilatı artıracaq

3 Fevral 2024 01:15

ABŞ-nin iri neft şirkətləri – “Exxon” və “Chevron” 2024-cü ildə Perm hövzəsində hasilatı aktiv şəkildə artırmağı planlaşdırır ki, bu da 2023-cü ildə olduğu kimi, ölkədə hasilatın artımı ilə bağlı proqnozları üstələyə bilər.

Metbuat.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Mənbələrin məlumatına görə, “Chevron” 2023-cü illə müqayisədə hasilatı 10% artırmaq və 2025-ci ilə qədər Perm hövzəsində gündəlik 1 milyon barelə çatdırmaq niyyətindədir. Bu, regionun digər müstəqil neft istehsalçılarının artım tempindən iki dəfə çoxdur.


metbuat.az.