METBUAT.AZ

Dünya

ABŞ Rusiya ilə bağlı 93 şirkətə sanksiya tətbiq etdi

24 Fevral 2024 03:17

ABŞ ixrac məhdudiyyətli tədbirlərini genişləndirərək Rusiya ilə bağlı 93 şirkətə sanksiya tətbiq edib.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-nin Ticarət Nazirliyindən bildirilib. Məlumata görə, nazirlik Rusiyanın 63, Türkiyənin 16, Çinin 8, Qırğız Respublikasının isə 2 şirkətinə sanksiya tətbiq edib.

Qeyd olunub ki, siyahıya xarici ticarət, elektronika, sənaye avadanlıqlarının tədarükü, turizm sahələrində fəaliyyət göstərən şirkətlər daxil edilib.


metbuat.az.