13 Fevral 2024 00:15
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Konqresinin Ankaraya F-16 qırıcılarının satışı ilə bağlı sazişi təsdiq etdiyini təsdiqləyib.
Metbuat.az xəbər verir ki, dövlət başçısı bu barədə Ankarada onun sədrliyi ilə keçirilən hökumətin iclasının yekunu üzrə müvafiq bəyanatla çıxış edib. ABŞ-nin Ankaradakı səfiri Jeffrey Flake ötən bazar günü Konqresin Türkiyənin 40 yeni və 79 təkmilləşdirilmiş F-16 təyyarəsi almasını təsdiqlədiyini açıqlayıb.
"F-16 ilə bağlı müraciətimizin ABŞ-nin müsbət qərarı ilə nəticələnməsinə şadıq. Məhdudiyyətlər aradan qaldırıldıqdan sonra Türkiyənin müdafiə sənayesi daha intensiv inkişaf edəcək", - Ərdoğan bildirib.