14 Fevral 2024 01:25
ABŞ qabaqcıl “LGM-35 Sentinel” qitələrarası ballistik raketi təchiz etmək üçün modifikasiya edilmiş “W87-1” nüvə başlıqlarının ilk sınaq partiyasını istehsal edib.
Metbuat.az xəbər verir ki, bu barədə Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) illik hesabatında deyilir. “NNSA “W87-1”in ilk sınaq partiyasını istehsal edib”, - sənəddə qeyd edilib. Bildirilib ki, döyüş başlıqları 2030-cu illərin əvvəllərində daşıyıcıya yerləşdiriləcək.