METBUAT.AZ

Hadisə

Abşeronda mənzildə partlayış oldu

24 Fevral 2024 22:28

Abşeronda mənzildə yanğınla nəticələnən partlayış baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Saray qəsəbəsində mənzillərin birində qeydə alınıb.

Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.


metbuat.az.