8 Fevral 2024 16:59
52 yaşlı qadının qarın boşluğundan nəhəng törəmə xaric edilib.
Metbuat.az-ın məlumatına görə, Abşeron Rayon Mərkəzi Xəstəxanasına kəskin qarın ağrısı səbəbilə müraciət edən 1972-ci il təvəllüdlü qadında müayinələr zamanı uşaqlıq mənşəli nəhəng kistik törəmə aşkar edilib və ona əməliyyat təyin olunub.
Tibb müəssisəsinin Cərrahiyyə şöbəsinin müdiri, uzman cərrah İlkin Həşimov və həkim-cərrah Adil Nəsibov tərəfindən pasiyent üzərində əməliyyat uğurla icra olunub. Xəstənin qarın boşluğundan təxmini ölçüsü 45-50 sm, çəkisi 10 kq olan törəmə xaric edilib.
Pasiyentə əməliyyatdan sonra stasionar müalicə müddətində də zəruri tibbi xidmətlər göstərilib, vəziyyəti qənaətbəxş olduqdan sonra ambulator müalicə üçün evə buraxılıb.