METBUAT.AZ

Siyasət

Ağdamda silah-sursat aşkarlanıb

12 Fevral 2024 11:55

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Metbuat.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayonun Sırxavənd kəndi ərazisində yerləşən fərdi yaşayı evinin zirzəmisindən 6 ədəd avtomat, 1 ədəd pulemyot, müxtəlif çaplı patronlar və digər sursatlar aşkar edilərək götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


metbuat.az.