METBUAT.AZ

Dünya

Ankara və Stokholm İsveçin NATO üzvlüyünün ratifikasiyasını müzakirə etdi

2 Fevral 2024 08:25

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsveçin xarici işlər naziri Tobias Billström ilə adıçəkilən ölkənin NATO-ya qəbulu prosesini müzakirə edib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı nazirlər İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası prosesini, həmçinin Türkiyə-Finlandiya-İsveç Daimi Birgə Mexanizminin qarşıdan gələn iclasına hazırlıq məsələlərini müzakirə ediblər.

Nazirlər, həmçinin Türkiyə ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi aparıblar.


metbuat.az.