5 Fevral 2024 16:23
2024-cü ilin yanvar ayı ərzində respublikanın şəhər və rayonlarında 21 aptekdə planlı yoxlama aparılıb.
Metbuat.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Mərkəzin apardığı yoxlamalar zamanı 3 aptekdə nöqsanlar aşkarlanıb.
İnzibati Xətalar Məcəlləsinin 215.4 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.