12 Fevral 2024 10:45
“Real Madrid”ə transfer olduqdan sonra start heyətə düşməkdə çətinlik çəkən Arda Güler barədə yeni iddia ortaya atılıb.
Metbuat.az xəbər verir ki, onun mövsümün sonunda icarəyə göndəriləcəyi irəli sürülüb. Bildirilir ki, “Real” Arda Gülerin təcrübə qazanması üçün onu başqa komandaya icarəyə göndərilməsi ilə bağlı futbolçunun meneceri ilə müzakirələr aparıb. İddialara görə, tərəflər Arda Gülərin mövsümün sonunda icarəyə göndərilməsi barədə razılığa gəlib. Ardanı “Tottenhem” və “Bayer Leverkuzen” klublarının icarəyə götürməkdə maraqlı olduğu qeyd edilib.
Qeyd edək ki, Arda Güler “Real “Madrid”də zədələr səbəbilə heyətə düşməkdə çətinlik çəkib.