METBUAT.AZ

Siyasət

Arif Rəhimov Prezident İlham Əliyevi

27 Fevral 2024 17:06

Moskva Dağ Yəhudiləri İcmasının sədri Arif Rəhimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Metbuat.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi əslən Azərbaycan, Gürcüstan və Şimali Qafqazdan olan dağ yəhudilərini öz sıralarında birləşdirən Moskva Dağ Yəhudiləri İcması adından səmimi-qəlbdən təbrik edirik.

Biz çox şadıq ki, məhz Siz Vətənimiz Azərbaycanın rəhbərisiniz. Siz tolerantlığın, Azərbaycan ərazisində yaşayan xalqlar arasında sülhün və dostluğun təminatçısısınız. Fəxr edirik ki, Sizin rəhbərliyinizlə Azərbaycanda tolerantlıq ənənələri qorunub saxlanılır və inkişaf etdirilir, antisemitizm hallarına yol verilmir.

Sizə cansağlığı, doğma Azərbaycanımızın tərəqqisi naminə uzun illər məhsuldar fəaliyyət arzulayırıq".


metbuat.az.