METBUAT.AZ

Qarabağ

Aşot Qulyanın Xankəndidəki abidəsi söküldü -

2 Fevral 2024 15:59

Xankəndi şəhərində Qarabağ canilərindən biri Aşot Qulyanın abidəsi sökülüb.

Metbuat.az Unikal.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı qapalı teleqram kanallarına istinadən “Aysor” portalı yayıb.

“Bekor” ləqəbi ilə tanınan həmin şəxs 1992-ci ildə Xocalı, Hadrut, Əsgəran, Şuşa və bir sıra digər istiqamətlərdə döyüşlərdə iştirak edərək günahsız insanların ölümünə səbəb olub. Qulyanın heykəli Xankəndidə ermənilərin Bekor adı verdiyi parkda quraşdırılmışdı.


metbuat.az.