21 Fevral 2024 15:07
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyib.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumat diplomatik mənbələr tərəfindən bildirilib.
Qeyd edilib ki, sanksiyalar paketində 200-ə yaxın fiziki və hüquqi şəxsin adı var.
Cozep Borrell məsələ ilə bağlı sosial şəbəkədə paylaşım edib. O bildirib ki, sanksiyalar paketinə 200-ə yaxın şəxs və qurumun adı daxil edilib. Bununla da "qara siyahı"ya düşən Rusiyanın fiziki və hüquqi şəxslərinin sayı 2000-i keçib.
Seyranə Quliyeva / Metbuat.az