10 Fevral 2024 15:14
Qazaxıstan beynəlxalq axtarışda olan şəxsi Azərbaycana ekstradisiya edib.
Bu barədə Baş Prokurorluqdan bildirilib.
Belə ki, Azərbaycan vətəndaşı Alyar Həsənov Əhməd oğlunun ekstradisiyası Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib.
Alyar Həsənovun külli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.
Fevralın 10-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə həmin şəxs Qazaxıstandan ölkəmizə gətirilib.