METBUAT.AZ

Gündəm

Ay sonunda zəngin olacaq bürclər -

14 Fevral 2024 16:01

Astroloqların qənaətinə görə, ayın sonu bəzi bürclər üçün iş həyatında yeni uğurlarla yadda qalacaq.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bunlar Balıqlar, Dolça və Şir bürcləridir.

Balıqlar - çoxdandır üzərində çalışdığınız layihələri maddi cəhətdən dəyərləndirmək üçün doğru zaman ola bilər. Uzun müddətdir sizi narahat edən maddi çətinliklərdən qurtulmaq zamanıdır.

Dolça - bu bürc altında doğulan insanlar bəzən düşünürlər ki, onların zəhmətinə yetəri qədər dəyər verilmir. Lakin ay sonunda onlar öz zəhmətlərinin mənəvi və maddi qazancına qovuşa biləcəklər. Buna görə də, risk etməkdən çəkinmək lazım deyil. Şans sizi gözləyir.

Şir bürcləri - maddi sıxıntılara baxmayaraq onlar öz hədəfləri uğruna sona qədər mübarizə aparmağı bacarırlar. Ay sonunda maddi gəlir əldə edəcək bürclərdən biri də Şirlərdir. Planlı və məqsədyönlü qərarlar sizi zəfərə aparacaq.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.