METBUAT.AZ

Ölkə

Azad edilmiş rayonlarda yeni yaradılmış iş yerlərinin sayı açıqlandı -

20 Fevral 2024 10:40

2023-cü il ərzində işğaldan azad edilmiş rayonlarda 1271 yeni iş yeri açılıb.

Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi əvvəlki illə müqayisədə 59% artıb. Belə ki, 2022-ci ildə işğaldan azad edilmiş rayonlarda 797 yeni iş yerləri yaradılıb.

Qeyd edək ki, ötən il ərzində ən çox yeni iş yeri Laçın və Şuşada yaradılıb. Belə ki, hesabat dövründə Laçında 625, Şuşada isə 275 yeni iş yeriləri yaradılıb.

Aşağıdakı cədvəldə 2022-ci ildə və 2023-cü ildə yeni yaradılmış iş yerlərinin sayı verilib.

Azad edilmiş rayonlar2022-ci il2023-cü il
Ağdam184135
Füzuli15452
Xocalı86
Xocavənd10052
Şuşa128275
Cəbrayıl5364
Kəlbəcər4928
Qubadlı648
Laçın9625
Zəngilan4826

metbuat.az.