12 Fevral 2024 16:14
“Real Madrid”ə yaxınlığı ilə tanınan “Marca” qəzeti “Jirona” üzərində 4:0 hesablı qələbəyə baxmayaraq, italyan baş məşqçi Karlo Ançelottini Arda Gülerlə bağlı tənqid edib.
Metbuat.az xəbər verir ki, “Arda Gülər menyuda” başlıqlı xəbərdə qəzet Ançelottinin bəzi “qənaətbəxş” oyunçularla bağlı israrını tənqid edib. Bildirilib ki, azarkeşləri tribunalara cəlb edən futbolçulardan biri Arda Güler olsa da, məşqçi onu meydana az buraxır. ““Real Madrid” azarkeşləri üçün ekzotik meyvə alıb və azarkeşlər həmin meyvədən dişləyib onun dadını öyrənmək istəyirlər. Bununla belə, Ançelotti ekzotik meyvəni yeməyə gələnlərə armudla dolu kasa təklif edir. Bu bəzən başa düşülən olsa da, evə gələn qonağı da bezdirir”- müəllif qeyd edir.
Qeyd edər ki, “Jirona” ilə oyunda Arda Güler 77-ci dəqiqədə meydana çıxıb.