14 Fevral 2024 13:36
Azərbaycan Nazirlər Kabineti istefa verib.
Metbuat.az-ın məlumatına görə, Konstitusiyanın 116-cı maddəsinə görə, Azərbaycan Respublikasının Prezidenti seçildiyi və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir.
Daha sonra Prezident yeni hökuməti müəyyənləşdirir.
Metbuat.az