METBUAT.AZ

Siyasət

Azərbaycan millisinin üzvləri Qazaxıstanda

7 Fevral 2024 17:36

Stolüstü tennis üzrə Azərbaycan millisinin üzvləri növbədənkənar prezident seçkilərində səs veriblər.

Metbuat.az xəbər verir ki, Qazaxıstanda təlim-məşq toplanışında olan yığma səsvermə hüququndan yararlanıb.

Baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə 5 idmançı – Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Xədicə Əbilzadə, Vəzir Allahverdiyev və Nihad Məmmədov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyinin Almatı şəhərindəki Nümayəndəliyində təşkil edilən səsverməyə qatılıblar.


metbuat.az.