METBUAT.AZ

Siyasət

"Azərbaycan və Türkiyəyə heç kim mane ola bilməz" -

19 Fevral 2024 16:49

“Prezident seçkilərindən sonra ilk rəsmi səfərin Türkiyəyə edilməsi iki dövlət arasında uzun illərə dayanan münasibətlərə əsaslanır. Türkiyədə də seçkilərdən sonra ilk rəsmi səfər Azərbaycana edilir. Hökumət səviyyəsində bu ənənənin davam etdirilməsi vacibdir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib:


“Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində dünyanın aparıcı liderləri və müxtəlif təşkilatlarının rəhbərləri ilə mühüm görüşlər keçirdi. Bu konfransdan sonra Qafqaza sülh və sabitliyin gətirilməsi üçün koordinasiyanın aparılması, Brüssel sülh müqaviləsi kontekstində əlaqələrin, gediləcək yolun müəyyənləşdirilməsi vacibdir.

Prezident İlham Əliyev andiçmə mərasimində Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərin davam etdirəcəyini vurğulayaraq qeyd etdi ki, “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”. Bu açıqlamanın mahiyyətində çox mühim mənalar dayanır. 20 ildən çoxdur ki, milli səviyyədə edilən bu açıqlamalar hazırda inkişaf edən, dəyişən geosiyasi inkişaflar fonunda daha yüksək səslə ifadə edilir. Bu açıqlama həm Türkiyə, həm Azərbaycan, həm də türk dünyası üçün çox vacibdir”.

Yücel Karauz hesab edir ki, iki əsas aktor olan Türkiyə və Azərbaycanın siyasi liderlərinin, yarana biləcək risklərə, təhdidlərə və təhlükələrə qarşı qarşılıqlı koordinasiya, birgə müdaxilə etmələri vacibdir.

“Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər “Şuşa Bəyannaməsi”nin imzalanması ilə tarixdə ən yüksək inkişaf mərhələsinə çıxdı. Bu Şuşa modelinindigər türk dövlət qurumlarına da tətbiqini vacib edir. Prezident İlham Əliyevin hazırkı geosiyasi və geostrateji qeyri-müəyyənliklər mühitində Türkiyəyə etdiyi ilk xarici səfər mühüm və uğurludur. Biz bir olduqca, ailəmizə mane olacaq heç bir güc yoxdur”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.